<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>274</hymn_number>
<lyrics>[V1]
 Necə bəxtiyaram, necə xoşbəxtəm mən
 Tezliklə mən Səni görəcəyəm.
 Doludur ürəyim sevinclə, Məsihim,
 Evim hazırdır o Müqəddəs Göylərdə.

[C1]
   Gəl, məni tezliklə apar Vətənimə,
   Gözləyirəm həsrətlə yolunu Sənin.
   Əbədi yaşamaq istərəm Səninlə
   Xoşbəxtlik Səninlədir, yalnız Səninlə.

[V2]
 Dərk olunmaz, necə gözəldir o Şəhər,
 Qızıl küçələrində gəzəcəyəm mən.
 Qoşularaq o saysız müqəddəslərə,
 Gecə-gündüz izzət verəcəm Rəbbimə.

[C2]
   Göylərdədir doğma yurdum, doğma evim,
   Yerə bir gün əlvida deyəcəyəm mən.
   Tezliklə ardımca gələcəkdir Rəbbim,
   Onun addım səslərini eşidirəm.</lyrics>
<title>Necə bəxtiyaram, necə xoşbəxtəm mən İL274</title>
</song>